AZ

Kuleba və Mirzoyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsini müzakirə edib

Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitri Kuleba ilə Ararat Mirzoyan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ukraynalı nazir “X” sosial şəbəkəsində paylaşım edib.

Onlar, həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan KİV-inin məlumatına görə, Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının vacibliyini qeyd edib.

Ermənistan və Ukraynanın xarici işlər nazirləri regional məsələlərə də toxunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
10
Mənbələr
Şərh ()
Bağla