AZ

Kuleba və Mirzoyan delimitasiya məsələsini müzakirə etdilər

Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitri Kuleba ilə Ararat Mirzoyan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, onlar həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının vacibliyini qeyd edib.

Ermənistan və Ukraynanın xarici işlər nazirləri regional məsələlərə də toxunublar.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
teleqraf.com

10Mənbələr