AZ

Su yolu ilə Azərbaycana 4,4 min əcnəbi daxil olub – Ölkələr üzrə siyahı


Bu ilin yanvar-mart aylarında turizm məqəsdi ilə Azərbaycana səfər edən əcnəbilərin 1,4%-i və ya 4 min 384 nəfəri ölkəyə su yolu ilə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, su yolu ilə Azərbaycana gələn əcnəbilər arasında Türkmənistan vətəndaşları ilk sırada olub. Bu ilin ilk 3 ayında su yolu ilə Türkmənistandan Azərbaycana 2 min 651 nəfər səfər edib.
Ümumilikdə su yolu ilə Azərbaycana gələnlərin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkmənistan – 2 651 nəfər
Qazaxıstan – 503 nəfər
Rusiya – 369 nəfər
Türkiyə – 203 nəfər
Ukrayna – 200 nəfər
Özbəkistan – 152 nəfər
Gürcüstan – 94 nəfər
İran – 64 nəfər
Moldova – 25 nəfər
Belarus – 7 nəfər
Digər ölkələr – 116 nəfər
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycana turizm məqəsdi ilə ümumilikdə 322 min 973  əcnəbi səfər edib və onların 98,6%-i və ya 318 min 589 nəfəri ölkəyə hava yolu ilə daxil olub.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla