Su yolu ilə Azərbaycana 4,4 min əcnəbi daxil olub – Ölkələr üzrə siyahı
Bu ilin yanvar-mart aylarında turizm məqəsdi ilə Azərbaycana səfər edən əcnəbilərin 1,4%-i və ya 4 min 384 nəfəri ölkəyə su yolu ilə daxil olub. Yeniavaz.comxəbər verir ki, su yolu ilə Azərbaycana gələn əcnəbilər arasında Türkmənistan vətəndaşları ilk sırada olub. Bu ilin ilk 3 ayında su yolu ilə Türkmənistandan Azərbaycana 2 min 651 nəfər səfər edib. Ümumilikdə su yolu ilə Azərbaycana gələnlərin ölkələr üzrə sayı aşağıdakı kimi olub: Türkmənistan – 2 651 nəfər Qazaxıstan – 503 nəfər Rusiya – 369 nəfər Türkiyə – 203 nəfər Ukrayna – 200 nəfər Özbəkistan – 152 nəfər Gürcüstan – 94 nəfər İran – 64 nəfər Moldova – 25 nəfər Belarus – 7 nəfər Digər ölkələr – 116 nəfər Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycana turizm məqəsdi ilə ümumilikdə 322 min 973 əcnəbi səfər edib və onların 98,6%-i və ya 318 min 589 nəfəri ölkəyə hava yolu ilə daxil olub.