AZ

Gürcü politoloq: Bəzi qüvvələr Gürcüstanda dövlət çevrilişi etmək istəyir

Gürcü

Tbilisi, 5 may, AZƏRTAC

Əgər ABŞ birbaşa olaraq, 9 il gürcü xalqına əziyyət verən, torpaqlarımızın itirilməsinə şərait yaradan, yüzlərlə insanı xalqın gözü qarşısında öldürən, qonşu dövlətlərlə əlaqələri korlayan müxalifətin yanında dayanıb onlara dəstək olarsa, bu hərəkəti ilə özünü regionda nüfuzdan salacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi elmlər doktoru, politoloq Malxaz Qulaşvili səsləndirib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda baş verənlərin arxasında bir vaxtlar hakimiyyətdə olan və totalitar idarəetmə nəticəsində ölkəni bərbad günə qoyan insanlar dayanır. Onlar ölkədə dövlət çevrilişi etmək istəyirlər. Amma bu, alınmayacaq. Hazırda gedişat da onu sübut edir ki, bu məkrli planlar alt-üst olub.

Politoloq deyib: “Gürcü xalqı çox müdrik xalqdır və çox gözəl anlayır ki, Qərb və ABŞ-la münasibətləri korlamaq olmaz. Düşünürəm ki, ABŞ və Avropa da bunu çox gözəl başa düşür və Gürcüstanın onlar üçün nə dərəcədə önəmli olduğunu anlayır. Onlar bilir ki, Gürcüstan Qafqazda və regionda geosiyasi təsir gücünə malikdir. Bunu başa düşən Qərb və ABŞ-dakı güclər Gürcüstanın daxili məsələlərinə müdaxilələr etməyəcək”.

Malxaz Qulaşvili bildirib ki, müxalifətin xalq tərəfindən böyük dəstəyi yoxdur. Onlar sadəcə özlərinin yetişdirdiyi gəncləri qabağa veriblər. İndi də yalan məlumatlar yayırlar ki, hazırkı hökumət ABŞ və Avropaya qarşıdır. Onların özü də çox gözəl başa düşür ki, bu, belə deyil.

"Düşünürəm ki, Gürcüstana qrantlar təkcə Qərbdən gəlməyib. Rusiyada da kifayət qədər pullar ayrılıb. İndi Qərb bunu deməkdən çəkinir. Elə bir fikir formallaşdırırlar ki, guya Gürcüstan yalnız Qərbdən maliyyələşib. Qərb özü hələ bilmir nə edir. Onlar bu qanunu "rus qanunu" adlandırır. Amma Rusiya qanununda açıq şəkildə yazılıb ki, xaricdən maliyyələşənlərə hansı sanksiyalar tətbiq edilir, hətta həbslər nəzərdə tutulur. Xaricdən maliyyələşən media qurumuna reklam verəni belə həbs edirlər. Amma Gürcüstanın qəbil etmək istədiyi "Xarici təsirin qarşısının alınması haqqında" qanunda heç bir sanksiyadan söhbət getmir. Burada yalnız ildə bir dəfə maliyyə hesabatı vermək tələb edilir və başqa heç nə! Yəni, burada heç bir sanksiyadan söhbət gedə bilməz", - deyə politoloq vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq