AZ

Azərbaycan olmasaydı, o uğursuz liderlər Tiflisə gedə bilməzdilər - Ekspert ŞOK DETALLARI açıqladı

“Gürcüstanda baş verən proseslərin geniş tarixçəsi var. Bu gün Tiflisdə baş verənləri keçmişi bilmədən izah etmək, ən azından bölgədəki güc balanslarını qiymətləndirmədən fikir yürütmək imkansızdır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg

Ekspert bildirib ki, Gürcüstanın tarixi keçmişi və siyasi-hərbi məsuliyyəti böyük ölçüdə Çar imperiyası ilə bağlı olub:

“Sonrakı dönəmdə də SSRİ-nin mövcudluğu, hətta Eduard Şevardnadze dönəminin sonuna qədər aparılan siyasi xətt bu regionun əlaqələrində özünü ehtiva edib. Buna həmişə spesifik xarici siyasət modeli deyiblər. Azərbaycan həmişə bu modelin tərəfində olub. Burada başlıca arqument ondan ibarətdir ki, siz dünyanın fərqli nöqtələrindəki güc mərkəzlərinin tendensiyasına üstünlük verə bilərsiniz, amma burada əsas məsələ mütləq şəkildə sizin fiziki təmasınızın olmasıdır. Yəni siz həmin ölkələrlə sərhədə malik olmalısınız. Sərhədə malik olmaq dərhal iqtisadi heç-heçə əlaqələrin olması anlamına gəlir. Çünki bu, böyük bir asılılıq üzərindən formalaşmış tarixi-iqtisadi, mədəni baxışları özündə əks etdirir. Vahid mədəni və siyasi məkan deməkdir. Gürcüstanın və Rusiyanın, yaxud Gürcüstanın və Avropanın yaxın və uzaq münasibətlərini qiymətləndirərkən mütləq şəkildə fikir vermək lazımdır ki, tərəflər arasındakı ticarət dövriyyəsi nə qədərdir. Bunlar dəqiq parametri bildirir.

İkinci vacib məsələ Avropada, yaxud Rusiyada yaşayan gürcülərin vəziyyəti ilə əlaqədardır. Milyona yaxın gürcü Rusiyada yaşayır. Onların böyük əksəriyyəti Rusiya elitasında təmsil olunur. Böyük əksəriyyəti də ticarətdə yüksək uğurlar əldə etmiş kəsimdir. Bu insanlar Gürcüstan siyasətinin də həlledici fiqurlarıdır”.

Əziz Əlibəyli xatırladıb ki, Qərbin 2004-cü ildə Saakşavili üzərindən inşa etdiyi siyasi baxış 10 illik hakimiyyət dönəmində müsbət impulslarla yadda qaldı:

“Amma onun milli kökləri yox idi. Kəskin şəkildə Qərb siyasətinə yönəlmək, “narıncı inqilablar” kontekstində “narıncı qalstuklular”ın çıxıb meydanlarda inqilab çağırışları etmələri fiasko ilə nəticələndi. Bölgə o qədər strateji nöqtəyə malikdir ki, sonrakı dövrdə güclənən Rusiya xüsusilə 2014-cü ildə Krımın işğalı ilə yeni bir dönəmə qədəm qoydu. Rusiyanın güclənməsi Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi ilə nəticələndi”.

BİDZİNA.jpg

Siyasi şərhçinin fikrincə, xarici agentlər haqqında qanun ona görə lazımdır ki, Gürcüstan hökuməti Qərbdən gələn emissarların, agenturanın, rezidentlərin qarşısını kəsə bilsin:

“Onlar QHT xətti altında hər cür inqilabi gedişatlar etmək gücünə malikdirlər. Hökumət Azərbaycan təcrübəsini əsas götürərək bu şəxslərin maliyyələşməsinə nəzarət etməyə çalışır. Yüzlərlə, minlərlə şəxsin meydana çıxması, sözün əsl mənasında böyük qüvvə kimi çıxış etməsi vəziyyətin nə qədər kritik olduğunu göstərir”.

“Əgər Gürcüstanda hakimiyyət dəyişikliyi olarsa...”

Ekspert bu suala belə cavab verib:

“Belə olan halda Abxaziya və Osetiya təcrübəsi yalan olacaq. Çünki 2008-ci ildəki qısamüddətli müharibənin faciəsi amansız xatirələrlə yadda qaldı.

MUHAR

Azərbaycan olmasaydı, həmin vaxt Qərbin uğursuz liderləri Tiflisə gedə bilməzdilər. Rusiya Gürcüstanın hava məkanını bağladı və o şəxslər Azərbaycan vasitəsilə çıxa bildilər. Azərbaycan-Gürcüstan yolu ilə, bizim rayonları tərk etməklə digər hissələrə keçdilər. Yəni biz Gürcüstanda baş verənlərə geniş çaplı bir proses kimi baxmalıyıq”.

Aytən Novruz
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
50
Mənbələr
Şərh ()
Bağla