AZ

Azərbaycandakı mədəni irs nümunələri iqlim dəyişmələrindən sığortalanmayıb - Səadət Yusifova

Bakı. Trend:

COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarbeynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadınıngöstəricisidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasımədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VIMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş vəgələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlıpanel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2024-cü il həm də Prezident tərəfindən "Yaşıldünya naminə həmrəylik ili" elan edilib.

"Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verməyəhazırdır. Azərbaycandakı mədəni irs nümunələri də iqlimdəyişmələrindən sığortalanmayıb.

İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə də mənfi təsiredib. İqlim dəyişmələri memarlıq nümunələrindən də yan keçmir. Bugün Xəzərdə suyun səviyyəsinin, Kür, Araz çayında sululuğunazalması müşahidə edilir. Qeyd etmək lazımdır ki, iqlim dəyişmələritorpağın eroziyasını da sürətləndirir. Buzlaqların əriməsi, selhadisələrinin sayının artması müşahidə edilir", - deyə o əlavəedib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq