AZ

Azərbaycandakı mədəni irs nümunələri iqlim dəyişmələrindən sığortalanmayıb - Səadət Yusifova

COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının göstəricisidir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2024-cü il həm də Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

"Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verməyə hazırdır. Azərbaycandakı mədəni irs nümunələri də iqlim dəyişmələrindən sığortalanmayıb.

İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə də mənfi təsir edib. İqlim dəyişmələri memarlıq nümunələrindən də yan keçmir. Bu gün Xəzərdə suyun səviyyəsinin, Kür, Araz çayında sululuğun azalması müşahidə edilir. Qeyd etmək lazımdır ki, iqlim dəyişmələri torpağın eroziyasını da sürətləndirir. Buzlaqların əriməsi, sel hadisələrinin sayının artması müşahidə edilir", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
olaylar.az

3Mənbələr