AZ

Rusiya BMT Baş Assambleyasında Srebrenitsa ilə bağlı qətnaməyə qarşı çıxıb

Rusiya 1995-ci ildə Srebrenitsa soyqırımı ilə bağlı BMT Baş Assambleyasında Bosniya və Herseqovinanın (BH) beynəlxalq təşkilatdakı daimi nümayəndəsi və bir sıra Qərb ölkələrinin nümayəndələri tərəfindən irəli sürülən qətnamə layihəsinə qarşı çıxır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O, qətnamə layihəsini “birtərəfli və siyasi ittiham” adlandırıb və faciənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Onun fikrincə, bu sənəd BH-də millətlərarası barışığın təşviqi məqsədlərinə cavab vermir.

“BH xalqları ilk növbədə öz tarixlərinin qiymətləndirilməsi ilə bağlı konsensusa gəlməlidirlər. Biz bu layihənin qəti əleyhinəyik və bütün sağlam düşüncəli dövlətləri də buna çağırırıq”, – deyə Nebenzya vurğulayıb və əlavə edib ki, Rusiya tərəfi bu layihəni təşviq edən ölkələri “üzərilərinə düşən məsuliyyəti düşünməyə” çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
nocomment.az

10Mənbələr