AZ

Rusiya DETALLARI AÇIQLADI

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Boris Dolqov "Tsarqrad"la söhbətində İran prezidenti İbrahim Rəisiyə hakimiyyət naminə sui-qəsd versiyasını təkzib edib.

Publika.az xəbər veri ki, o, belə bir fərziyyəni fantastik adlandırıb.

Alim vurğulayıb ki, İslam Respublikası liderinin təyyarə qəzası ilə bağlı irəli sürülən bütün versiyalara son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Onun fikrincə, İranda daxili siyasi mübarizə versiyası qəti şəkildə rədd edilməlidir. Mütəxəssis öz sözlərini onunla əsaslandırıb ki, ölkə rəhbərliyi vəziyyətə nəzarət edir və İranda hakimiyyət uğrunda mübarizə aparan güclü müxalifət, sadəcə olaraq yoxdur.

“Bu, İran İslam Respublikasıdır, burada əsas lider Ali Rəhbərdir, onun ətrafında olanların hamısı eyni ideologiyaya, İslam İnqilabı ideyasına etiqad edir”, - deyən Dolqov bildirib ki, hətta müxalifət də buna sadiq qalır. Bu ideologiyada bir adamı ortadan qaldırmaq üçün bu cür terror üsullarından istifadə edilə bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
publika.az

10Mənbələr