AZ

"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."

"Düşmən Putinin timsalında müəyyən tarixlərə mübtəladır, bunlardan biri də mayın 9-dur..."
 
"Bizim üçün döyüşçülərimizin həyatı və sağlamlığı kiçik geriçəkilmələrdən daha vacibdir..."
 
Hərbçilər düşmənin fəal hərəkətlərinə qarşı müqavimət göstərməyə hazır olduğuna əmin edir
 
Rusiyalı işğalçılar mayın 9-dək Ukraynanın şərqində və digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Polad sərhəd" sərhəd dəstəsinin mətbuat xidmətinin rəisi İvan Şevtsov "Novosti Live" efirində bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
"Düşmən Putinin timsalında müəyyən tarixlərə mübtəladır, belə tarixlərdən biri də mayın 9-dur. Onlar belə bayram günlərini xoşlayır, məhz mayın 9-da düşmən Ukraynanın həm şərqində, həm də digər istiqamətlərdə hücum əməliyyatları planlaşdırır.
 
Lakin Müdafiə Qüvvələri, o cümlədən sərhədçilər də buna hazırdır. Bu gün
sərhədçi, sadəcə, əlində avtomat və iti ilə dövlət sərhədində dayanan əsgər deyil, Ukraynanın müjafizəsi və müdafiəsi üzrə güclü döyüşçüdür. Ona görə də hamı buna hazırdır", - Şevtsov deyib.
 
O, əmin olduğunu bildirib ki, düşmənin istənilən istiqamətdə irəliləmək cəhdlərinin qarşısı alınacaq.
 
"Ukraynanın Rusiya qoşunlarından dəqiq fərqi var, bu da ondan ibarətdir ki, bizim üçün döyüşçülərimizin həyatı və sağlamlığı düşmənə təhvil verdiyimiz yüz metrdən daha vacibdir. 
 
Düşmən bu əraziləri böyük itkilər bahasına, ən azı birin ona nisbətində zəbt edir. Ona görə də hazırda bizim üçün daha əlverişli mövqelərə çəkilərək səfərbər olunmaq və düşmənə güclü müqavimət göstərmək daha vacibdir.
 
Düşmənin öz şəxsi heyəti və texnikasına heyfi gəlmir. Bizim üçün isə kiçik geriçəkilmələr taktiki cəhətdən o qədər də vacib deyil, amma döyüşçülərimizin həyatını qoruyub saxlamağa imkan verir", - o, vurğulayıb.
 
Ukraynada müharibə-cəbhədən son xəbərlər
 
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rusiyalı qəsbkarlar yaz və yayda cəbhədə hücum əməliyyatlarını gücləndirməyə cəhd edir. 
 
Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya mayın 9-da Donetsk vilayətinin Çasov Yar məntəqəsini ələ keçirməyi planlaşdırır. 
 
Lakin əgər Ukrayna Silahlı Qüvvələri tab gətirsələr, Rusiyanın iyun ayında əkshücuma başlamaq planları pozulacaq.
 
"Mən tab gətirəcəyimizə, silahın vaxtında daxil olacağına, sonra isə Rusiyanın iyun ayında tammiqyaslı əkshücumu üzrə planlarının pozulacağına bel bağlayıram", - prezident qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
27
moderator.az

10Mənbələr