AZ

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub

Azərbaycan
Böyük Britaniyada hər il may ayının 1-də təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” start götürüb. Dövlət Sərhəd Xidmətindən (DSX) 1news.az-a verilən məlumata görə, Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.
Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, sü­va­rilər dəstəsi, “Land of Fire” polo komandası daxildir. Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozi­siyanın əsasını ta­ma­şaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir. Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunda Əməkdar artisti Afaq Abba­sova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər. Milli musiqiin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqs­lərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kul­minasiya nöqtəsini süvarilər Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir. Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fon­du”nun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaqdır. Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30.000-dən çox tamaşaçının qatılacağı gözlənilir. “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub. Qeyd edək ki, may ayının 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Seçilən
19
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1009
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
648
Sabah 5 kəndin qazı kəsiləcək
493
Bu yol qovşağında təmir işləri aparılacaq
430
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
412
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
261
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
254
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
204
Çingiz Mustafayevin toyudur - FOTOLAR
165
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
147
Bakıda 9 otaqlı evdə yanğın baş verib
138
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
109
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
58