Azərbaycan Respublikası Atçılıq Federasiyasından Demokrat.az-a verilən xəbərə görə, əzəmətli Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə “Heydər Əliyev fondu”nun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.
Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, süvarilər dəstəsi, “Land of Fire” polo komandası daxildir.
Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozisiyanın əsasını tamaşaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gözəlliyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.
Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Azərbaycan Respublikasının əməkdar artisti Tural Ağasiyev, Nigar rolunda Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abbasova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.
Milli musiqimizin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kulminasiya nöqtəsini süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.
Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fondu”nun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaqdır.
Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30.000-dən çox tamaşaçının qatılacağı gözlənilir.
“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
yenigundem.az“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz yüksək səviyyədə təmsil olunub ( 6002743)
-
interpress.azAzərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub ( 5983738)
-
news365.azQarabağ atları Böyük Britaniyadakı şouda - FOTO ( 5979433)
-
qafqazinfo.az“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz yüksək səviyyədə təmsil olunub - Fotolar ( 5978089)
-
azertag.azAzərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub ( 5977912)
-
demokrat.azQarabağ atları Britaniyada beynəlxalq yarışa qatılıblar ( 5977681)
-
oxu.azQarabağ atları və ecazkar milli musiqimiz Böyük Britaniyadakı şouda - FOTO ( 5977852)
-
bakivaxti.azQarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılıb ( 5977134)
-
modern.azQarabağ atları Britaniyada beynəlxalq yarışa qatılıblar ( 5977405)
-
1news.azAzərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub ( 5976352)