AZ

BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün İsrailin Yerusəlim İbrani Universiteti (Hebrew University of Jerusalem (HUJI)) ilə imzalanmış ikili diplom proqramı ilə əlaqədar infosessiya keçirilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, tədbirdə fakültənin Biologiya, Biotexnologiya, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan IV kurs tələbələri iştirak ediblər. İnfosessiyada BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov tələbələrə ikili diplom proqramına müraciət üçün şərtlər, proqramın istiqamətləri haqqında geniş məlumat veriblər.
 
Qeyd edək ki, BDU və HUJI arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri 2023-cü il mayın 24-də imzalanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
moderator.az

3Mənbələr