AZ

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

Bakı, 1 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə fakültənin Biologiya, Biotexnologiya, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan IV kurs tələbələri iştirak ediblər. İnfosessiyada BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov tələbələrə ikili diplom proqramına müraciət üçün şərtlər, proqramın istiqamətləri haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, BDU və HUJI arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri 2023-cü il mayın 24-də imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
azertag.az

3Mənbələr