AZ

3-cü MDB oyunlarının keçirilməsi planlaşdırılır -Baş katibin müavini

Bakı. Trend:

2025-ci ildə 3-cü MDB oyunlarının keçirilməsiplanlaşdırılır.

Trend xəbər verir ki, bu barədə MDB baş katibinin müaviniTrefilov Denis Anatolieviç VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu çərçivəsində keçirilən “ Müxtəliflik harmoniyası: qlobalmədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanıdeyib.

“Azərbaycanın ev sahibi olması gözlənilir. Bir daha vurğulamaqistərdim ki, prioritet məsələlərdən biri MDB ölkələri arasındamünasibətlərin inkişafıdır. Biz qanunverici çərçivəni də daimyeniləməyə çalışırıq ki, MDB ölkələri arasında əməkdaşlıqyenilənsin. MDB 32 il ərzinə uzun yol keçib. Mədəni dialoqda yüksəkeffektivlik müşahidə olunur”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq