AZ

3-cü MDB oyunları Azərbaycanda keçirilə bilər

Image

2025-ci ildə 3-cü MDB oyunlarının keçirilməsi planlaşdırılır. Trend xəbər verir ki, bu barədə MDB baş katibinin müavini Trefilov Denis Anatolieviç VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “ Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“Azərbaycanın ev sahibi olması gözlənilir. Bir daha vurğulamaq istərdim ki, prioritet məsələlərdən biri MDB ölkələri arasında münasibətlərin inkişafıdır. Biz qanunverici çərçivəni də daim yeniləməyə çalışırıq ki, MDB ölkələri arasında əməkdaşlıq yenilənsin. MDB 32 il ərzinə uzun yol keçib. Mədəni dialoqda yüksək effektivlik müşahidə olunur”,- deyə o bildirib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
baki-xeber.com

3Mənbələr