AZ

3-cü MDB oyunlarının keçirilməsi planlaşdırılır - Baş katibin müavini

2025-ci ildə 3-cü MDB oyunlarının keçirilməsi planlaşdırılır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə MDB baş katibinin müavini Trefilov Denis Anatolieviç VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən " Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

"Azərbaycanın ev sahibi olması gözlənilir. Bir daha vurğulamaq istərdim ki, prioritet məsələlərdən biri MDB ölkələri arasında münasibətlərin inkişafıdır. Biz qanunverici çərçivəni də daim yeniləməyə çalışırıq ki, MDB ölkələri arasında əməkdaşlıq yenilənsin. MDB 32 il ərzinə uzun yol keçib. Mədəni dialoqda yüksək effektivlik müşahidə olunur",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
day.az

3Mənbələr