AZ

İrəvan Tehranla aviasiya sahəsində əməkdaşlığı gücləndirir

Ermənistan və İran aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. News365.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilir ki, Ermənistan aviasiyasının nümayəndələrinin Tehranda İran təcrübəsini yerindəcə öyrənməsi gözlənilir.

"Ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxşi arasında müvafiq razılıq əldə olunub. Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, görüş zamanı tərəflər təyyarələrə texniki xidmət göstərilməsi, mütəxəssislərin yenidən hazırlanması, iki ölkə arasında uçuşların sayının artırılması, eləcə də tranzit uçuşların inkişafı imkanlarını müzakirə ediblər.", - nəşr yazıb.

Qeyd edilir ki, iki ölkənin aviasiya sahəsinə məsul olan məmurlar arasında təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq haqqında razılıq əldə olunub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
news365.az

3Mənbələr