AZ

Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb — VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında  toqquşmada 63 nəfər saxlanılıb.

Bu barədə brifinqdə Gürcüstan Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

“Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar”, - deyə Daraxvelidze qeyd edib.

O, həmçinin deyib ki, aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı da yaralanıb.

Daraxvelidze əlavə edib ki, etirazçılar aksiyanın keçirildiyi ərazidən kənarda qanunsuz hərəkətlər edib, aprelin 30-da plenar iclasın keçirildiyi parlament binasının çıxışlarını bağlamağa, polisə müxtəlif əşyalar atmağa və nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər.


Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla