Bu barədə brifinqdə Gürcüstan Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
“Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar”, - deyə Daraxvelidze qeyd edib.
O, həmçinin deyib ki, aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı da yaralanıb.
Daraxvelidze əlavə edib ki, etirazçılar aksiyanın keçirildiyi ərazidən kənarda qanunsuz hərəkətlər edib, aprelin 30-da plenar iclasın keçirildiyi parlament binasının çıxışlarını bağlamağa, polisə müxtəlif əşyalar atmağa və nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.