AZ

Bakıda havada toz müşahidə olunur

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasaən, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Seçilən
86
49
Mənbələr
Şərh ()
Bağla