AZ

Bakıda tozun miqdarı normadan artıqdır

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.














Ucnoqta.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasaən, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdır.






Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.






Tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
43
ucnoqta.az

10Mənbələr