AZ

Levandovski Ançelottinin “Real”dakı işini qiymətləndirdi

“Barselona” və Polşa yığmasının hücumçusu Robert Levandovski “Real”ın baş məşqçisi Karlo Ançelottinin işi haqda fikirlərini paylaşıb.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, polyak futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Ançelotti inanılmaz dərəcədə təcrübəlidir. Bunu “Real”da görə bilərsiniz – oyunçular onu kortəbii izləyirlər. Karlo həmişə oyunçularla çox vaxt keçirən əla məşqçidir. Mənə xüsusi hisslər bəxş edib. Təkcə özünəinam yox, karyeramda daha bir və ya iki addım ata biləcəyim hissini”, deyə polşalı futbolçu bildirib.

Xatırladaq ki, Robert Levandovski 2016/2017-ci illər mövsümündə italiyan mütəxəssisin rəhbərliyi altında “Bayern”də çıxış edib.

Karlo Ançelotti Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərini və həmçinin UEFA Çempionlar Liqasını 4 dəfə qazanmış yeganə baş məşqçidir.

Ançelotti məşqçilik karyerasına 1996-cı ildə “Parma” ilə başlayıb. Ardınca italyan mütəxəssis “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bayen”, “Napoli” və “Everton”u çalışdırıb.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis 2013-2015-ci illər aralığında da bu komandaya rəhbərlik edib.

Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022, 2023/2024), UEFA Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

Ançelottinin “Real”ı bu mövsüm də uğurlu çıxışı ilə diqqət çəkir. Madrid təmsilçisi La Liqada 84 xalla vahid liderdir və növbəti çempionluğun bir addımlığındadır. “Barselona” 73 xalla 2-ci pilədə qərarlaşıb. Madrid təmsilçisi UEFA Çempionlar Liqasında da finala vəsiqə uğrunda mübarizə aparacaq. Ançelottinin komandasını bu gün Almaniya nəhəngi “Bayern”lə ilk yarımfinal görüşü gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
19
Mənbələr
Şərh ()
Bağla