AZ

"Real" Ardaya görə Modriçlə müqaviləni uzatmayacaq

“Real” Luka Modriçlə müqaviləni yeniləməmək qərarına gəlib.   Manset.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.  Qeyd olunur ki, xorvatiyalı futbolçu klubla yollarını ayırmaq istəmir. Buna baxmayaraq “Real”ın rəhbərliyi hesab edir ki, Modriçin klubdakı fəaliyyəti başa çatıb. İspaniya klubu gənc oyunçulara, əsasən də 19 yaşlı Arda Gülərə şans vermək istəyir. Bu mövsüm Ardanın kifayət qədər oyun şansı qazana bilmədiyi vurğulanıb. 

Qeyd edək ki, Modriç bu mövsüm "Real"da bütün turnirlərdə 43 matçda 2 qol vurub və 8 məhsuldar ötürmə edib.  Arda Gülər isə ümumilikdə 10 oyuna 3 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
22
manset.az

10Mənbələr