AZ

Netanyahu Baydendən həbs orderlərinin verilməməsini istədi - Axios

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorlarının Qəzza zolağında hərbi fəaliyyətlə bağlı araşdırması ilə bağlı narahatlığını dilə gətirib. Bu barədə SİA xarici mənbələrə istinadən xəbər verir.

Baş nazir Amerika prezidentindən İsrail rəsmilərinin həbsinə order verilməsinin qarşısını almağı xahiş edib. Danışıqlardan sonra rəsmi olaraq bildirilib ki, Co Bayden və Benyamin Netanyahu girovların azad edilməsinə dair razılaşmanı, Qəzza zolağına humanitar yardımın artırılmasının zəruriliyini və anklavda atəşkəs rejimini müzakirə ediblər. Ağ Ev ICC araşdırmasının müzakirəsi faktını təsdiqləməyib.

Bloomberg mənbələrinə görə, ABŞ İsrail rəsmiləri üçün potensial həbs orderinin HƏMAS ilə razılaşmanı təhlükə altına salacağından narahatdır və bunun bir hissəsi olaraq yeni təklifin müzakirəsi planlaşdırılır. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, BCM ona qarşı ittiham irəli sürərsə, İsrail atəşkəsdən imtina edə bilər. G7 ölkələri öz narahatlıqlarını məhkəmə nümayəndələrinə çatdırmağa çalışırlar, Bloomberg yazır.

Mənbələr əlavə edib ki, BCM həm İsrailin yüksək rütbəli rəsmiləri, həm də Fələstin HƏMAS liderləri üçün həbs orderi verməyi nəzərdən keçirir. The New York Times yazıb ki, İsrail və digər Qərb rəsmilərinin fikrincə, Benyamin Netanyahuya qarşı order verilə bilər. Eyni zamanda Ağ Ev bəyan edib ki, Qəzza zolağında baş verən hadisələrlə bağlı təhqiqat BCM-nin yurisdiksiyasına aid deyil.

BCM 2021-ci ildən Qəzza zolağı və Qərb Sahilində mümkün pozuntuları araşdırır. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra istintaq bu ərazilərdə döyüşlərin gedişini və dinc əhalinin ölümlərini də əhatə edib. "Reuters"in məlumatına görə, istintaq çərçivəsində BCM prokurorları Qəzza zolağındakı ən böyük xəstəxanaların - Əl-Şifa və Nasserin əməkdaşlarını dindiriblər.

SƏBİNƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
33
Mənbələr
Şərh ()
Bağla