AZ

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan

Bakı, 30 aprel, AZƏRTAC

Göygöldə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək idmançıların sayı müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi edəcəyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan və Lüksemburqdan ümumilikdə 400-ə yaxın cüdoçu qatılacaq. Buraya fərdi neytral idmançılar daxildir.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.

Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq Avropa Kuboku mayın 4-5-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
9
Mənbələr
Şərh ()
Bağla