AZ

Azərbaycan Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın cüdoçu qatılacaq.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.

Turnir 4-5 may aralığında start götürəcək turnir Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
9
futbolpress.az

10Mənbələr