AZ

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Kolumbiyanın Hava Hücum Aviasiya Diviziyasına məxsus Mi-17 helikopteri Bolivar ştatında qəzaya uğrayıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Kolumbiya ordusu "X" sosial şəbəkəsində məlumat verib.

Helikopterin qəzaya uğraması nəticəsində göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. Helikopterin göyərtəsində altı zabit və üç əsgərin olduğu qeyd edilir.

Kolumbiya prezidenti Qustavo Petro sosial şəbəkədəki "X" səhifəsində ekipaj üzvlərinin Gulf Clan narkotik kartelinə qarşı əməliyyatda iştirak etdiyini bildirib.

Havar Şəfiyeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla