AZ

İsrailin İran prezidentini aparan helikopterin qəzaya uğraması ilə əlaqəsi yoxdur - KİV

İsrailin İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı aparan helikopterin qəzaya uğraması ilə əlaqəsi yoxdur.

Olaylar xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

"Bunun bizimlə əlaqəsi yoxdur", - İsrail rəsmisi agentliyə deyib.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir.

Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış əməliyyatları dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
olaylar.az

10Mənbələr