AZ

“Qarabağ” üçün daha bir potensial rəqib

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Belarus çempionatını zirvədə tamamlayan “Dinamo” ilə qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur” və San Marinonun “Virtus” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Minsk “Dinamo”sunun da püşkatma zamanı səpələnməmişlərdə olacağı dəqiqləşib.

“Qarabağ”la yanaşı, daha 8 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers”in (İrlandiya) və TNS-in (Uels) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan), “Selye” (Sloveniya), “Hamrun” (Malta) və “Larne”nin (Şimali İrlandiya) səbəti isə qeyri-müəyyəndir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
4
Mənbələr
Şərh ()
Bağla