AZ

“Qarabağ”ın daha bir potensial rəqibi MƏLUM OLDU 

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi San Marino çempionatını zirvədə tamamlayan “Virtus”la qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi” və İslandiyanın “Vikinqur” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Üstəlik, “Virtus” hələlik raundun ən aşağı əmsala malik kollektividir.
“Qarabağ”la yanaşı, daha 6 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers”in (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. Bu siyahıya son olaraq mərhələnin ən yüksək reytinqli komandası “Ferensvaroş” qoşulub.

TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun səbəti isə qeyri-müəyyəndir.


Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
3
bizim.media

10Mənbələr