AZ

“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.

BAKU.NEWS xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Qeyd edək ki, Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
6
baku.news

10Mənbələr