Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqini tənqid edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident Zurabişvili “X” platformasındakı paylaşımında "dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini" qeyd edib.
“Həqiqi Gürcüstan azad Gürcüstandır. Avropalı Gürcüstandır”, - Zurabişvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün saat 20:00-da Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq planlaşdırıb.