AZ

Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqini tənqid edib.APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident Zurabişvili “X” platformasındakı paylaşımında "dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini" qeyd edib.“Həqiqi Gürcüstan azad Gürcüstandır. Avropalı Gürcüstandır”, - Zurabişvili vurğulayıb.Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün saat 20:00-da Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq planlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
azpolitika.info

4Mənbələr