AZ

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edildi - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
14

1Mənbələr

Şərh ()
Bağla