AZ

Basketbol: “Gəncə” müntəzəm mövsümü qələbə ilə bitirdi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün sonuncu – 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir görüş baş tutub.

Günün yeganə matçı “Gəncə” və “Sumqayıt” komandaları arasında baş tutub. Qarşılaşma gəncəlilərin 86:82 hesablı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında son çempion və lider “Sabah” əsas izləyicisi “Xəzri”yə 77:65 hesabı ilə qalib gəlmişdi. “Xırdalan” “Cəlilabad”ı 90:84, “Neftçi”nin “Sərhədçi”ni 73:69 hesabıyla yenmişdi. Tura sabah keçiriləcək “NTD-İndiqo” – “Şəki” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (18 oyun, 15 qələbə, 3 məğlubiyyət) – 33 xal
  2. Xəzri (18 oyun, 13 qələbə, 5 məğlubiyyət) – 31 xal
  3. NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
  4. Xırdalan (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  5. Neftçi (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  6. Sərhədçi (18 oyun, 7 qələbə, 11 məğlubiyyət) – 25 xal
  7. Sumqayıt (18 oyun, 6 qələbə, 12 məğlubiyyət ) – 24 xal
  8. Gəncə (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
  9. Cəlilabad (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
  10. Şəki (17 oyun, 1 qələbə, 16 məğlubiyyət) – 17 xal
Seçilən
75
12
Mənbələr
Şərh ()
Bağla