AZ

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Publika.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.

Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn "Xəzri" ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.

Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
10
Mənbələr
Şərh ()
Bağla