AZ

"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW

"ABŞ-ın son yardım paketi Ukraynanın bütün ərazilərinin geri qaytarılması üçün kifayət etməyə bilər..."
 
Analitiklər Ukraynaya yardımın vaxtında göstərilməsinin vacibliyini vurğulayıb
 
Ukraynanın uzunmüddətli perspektivdə bütün torpaqlarını azad etmək qabilyyəti Qərbdə, Kremldə və Kiyevdə qəbul edilən qərarlardan asılı olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yeni icmalında yazıb.
 
Onlar qeyd edir ki, Qərb KİV-ləri məlumat verir ki, Amerika hakimiyyətinin nümayəndələri "sərhədlərin dondurulması" ideyasının müzakirəsini bərpa edib.
 
Lakin ABŞ-ın son yardım paketi Ukraynanın bütün ərazisini geri qaytarmağa kifayət etməyə bilər. Ona görə də müharibənin mümkün sonluğunun müzakirəsi çox tezdir.
 
ABŞ hərbi yardımı Ukraynaya göndərilir, lakin onun ön cəbhədəki bölmələrə çatması və döyüş meydanına hissedilən təsiri üçün bir neçə həftə lazımdır.
 
Analitiklər hesab edir ki, Ukrayna Silahlı Qüvvələri ABŞ yardımından əvvəlcə cəbhə xəttində sabitlik yaratmalı və düşmənin Avdeyevka istiqamətində, xüsusilə Çasovoy Yar rayonunda irəliləməsinin qarşısını almalı olacaq.
 
Bundan başqa, analitiklər diqqəti ona yönəldib ki, Rusiyanın yayda, ehtimal ki, iyunda başlaması  güman edilən hücum əməliyyatının miqyası həmçinin aydın deyil. 
 
Ekspertlər güman edir ki, Rusiyanın hərbi komandanlığı Ukraynanın ən yaxşı təchiz olunan qüvvələri ilə toqquşacağını nəzərə almaq üçün gələcək hücum planını fəal şəkildə dəyərləndirə və ona yenidən baxa bilər.
 
USQ təşəbbüsü ələ almaq və 2024 və ya 2025-ci illərdə əkshücum keçirməzdən öncə  rusiyalıların yay ayları ərzində xeyli operativ tərəqqi əldə etməyə imkan verməmək üçün onların hücumunun qarşısını almalı olacaq.
 
Analitiklərin dəyərləndirmələrinə görə, Qərb tərəfdaşlarının tam və ardıcıl yardımı USQ-nin gələcək əkshücumları üçün həlledici əhəmiyyət kəsb edəcək.
 
"ABŞ və Qərb buna münasibət bildirməli olacaq, çünki Ukraynanın hərbi komandanlığı belə əməliyyatların miqyası və istiqamətini müəyyən edir və Ukraynanın tələbatlarını gələcək əkshücum əməliyyatlarından bir neçə həftə və ay öncə Qərb tərəfdaşlarına ötürür", - analitiklər qeyd edib.
 
***
 
3-cü hücum briqadasının komandir müavini Maksim Jorin bəyan edib ki, düşmən hamını öz resurslarının sonsuz olmasına və öz itkilətinə tolerant yanaşmasına inandırmaq üçün çox şeyi edir.
 
"Resurslar, o cümlədən insani resurslar həqiqətən çoxdur, ona görə də onlar öz döyüşçülərinə belə münasibət sərgiləyir. Bu həm də öz mənəvi inkişaf səviyyəsi və ziyanlı mentallıq səbəbindəndir", - o, yazıb.
Seçilən
61
47
Mənbələr
Şərh ()
Bağla