AZ

Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimi - VİDEO

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi "Dəniz Komando Təməl kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Milli.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların yetişdirilməsində bu cür kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək "Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələri və hərbi gəmiləri iştirak edəcək.

HDQ-nin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu müvəffəqiyyətlə bitirmiş məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib.

Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22956
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14419
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13978
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11355
Helikopterin qalıqları tapılıb
8914
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7980
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6983
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4766
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4085
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3545
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2072
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1617
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1558
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355