AZ

Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.

Bu barədə “İki sahil” ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ankarada Jandarm Logistika Akademiyası Komandanlığında Təməl Kurslar Diplom Mərasimi təşkil olunub:

"Türkiyənin daxili işlər nazirinin müavini Məhmət Aktaş və Jandarm Qüvvələri komandanı Ordu generalı Arif Çətinin də iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən 19 nəfər də 8 aylıq kursları müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.

Həmin kursantların diplomlarını Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təqdim edib.

Səfir məzun olan kursantları təbrik edərək onlara uğurlar diləyib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
10
ikisahil.az

10Mənbələr