AZ

Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”

Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. O bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

Tahir Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

“Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur”. 

Məsələyə tanınmış həkim Abbas Bağırovun da münasibətini öyrəndik. Bizim.Media ilə söhbətində o bildirdi ki, bəzi adamlar əhali arasında “elektron siqaretlər zərərsizdir” kimi fikir formalaşdırır:

“Lakin vəziyyət heç də belə deyil. Elektron siqaretlərin tərkibində bir sıra kimyəvi birləşmələr vardır ki, onlar bilavasitə ağciyər xərçənginin, ürək infarktının və bir sıra sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bu fikir Amerika alimlərinin canlılar üzərində aparılan elmi tədqiqatları nəticəsində öz təsdiqini tapıb və ABŞ da elektron siqaretlərin istifadəsinə qanunla qadağa qoyulub. 

Hər il siqaret çəkməyin orqanizmdə yaratdığı fəsadların təsirindən yer kürəsində yaşayan insanların səkkiz milyonu tələf olur. Statistik göstəricilər elektron siqaretlərin istifadəçiləri arasında da ölüm faizinin eyni templə artdığını təsdiqləyir”. 

Abbas Bağırov elektron siqaretlərin tərkibində olan qliserin və propilenqlikol kimi kimyəvi maddələr onun istifadəsi zamanı qızaraq tüstü əmələ gətirdiyini deyib:

“Əgər elektron siqaretin tərkibində nikotin varsa, həmin nikotin doymuş hala keçərək daha zərərli xarakter alır, yoxdursa göstərdiyimiz digər birləşmələr aromatizatorlarla kimyəvi reaksiyaya girərək yeni zəhərli kimyəvi birləşmə əməl gətirir. Həmin birləşmələr isə öldürücü təsirə malikdirlər. 

Eyni zamanda, elektron siqaret istifadəçilərinin ağız boşluğu selikli qişasında, dişlərində, yuxarı və aşağı tənəffüs yollarında qaraciyər və mədə- bağırsaqlarında, oynaq və endokrin sistemlərində ciddi fəsadların ortaya çıxmasının dəfələrlə şahidi oluruq. Sinir sistemlərində isə müxtəlif psixi, nevroloji, psixo-nevroloji pozulmalar baş verir”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18167
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12848
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10200
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4515
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4155
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3351
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3173
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2707
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2346
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2142
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1633
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1126
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1034
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1007
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
998
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
992
Mayın ilk gününün havası açıqlanıb
906
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
806
Arda dubl etdi - VİDEO
797