AZ

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 992 min ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 72 % azdır. O cümlədən, Qətərə 571 min ABŞ dolları dəyərində və Səudiyyə Ərəbistanına 396 min ABŞ dolları dəyərində qoyun tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 44 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 14,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla