AZ

Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasınıvə 32 ildən bəri Ermənstanda işğalda qalmış 8 kəndimizin 4-nün azadedilərək Azərbaycana təhvil verilməsinin dayandırılmasını tələbedən şəxslərin keçirdikləri etiraz aksiyaları gün keçdikcətragikomediyaya çevrilməyə başlayır.

Qrotesk o həddə çatıb ki, Ermənistanın müxtəlif yerlərindəyolları bağlayan şəxslər arasında kənar dövlətlərin mikroskopiknüfuza malik agenturası, baş verənləri yeknəsəq günlərə rəng qatabiləcək əyləncə sayanlar və hətta fırıldaqçıların sayı sürətləartır.

Məsələn, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yolubağlayanlar arasında özünü "liderlərlərdən biri" elan edən həxserməni jurnalistlərə "general-leytenant Martin Karapetyan" kimimüsahibə verib.

Dahat sonra isə "general-polkovnik Arakelyan" kameralarqarşısında peyda olub.

Ermənistan ordusunun qalıqlarında belə "general"lar yoxdur vəfırıldaqçılar yaranmış vəziyyətdən istifadə edərək pul qazanmağaçalışıblar.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və SerjSarkisyan da rəhbərlik etdikləri "Ermənistan" ilə "Şərəfim var"parlament fraksiyalarındakı deputatlar vasitəsilə aksiyalaraqatılıblar.

R.Köçəryanın oğlu Levon Köçəryan isə yol bağlayanların yanındaduraraq foto çəkdirib, sonra isə həmin fotolar "təsadüfən" sosialşəbəkələrdə "Ermənistanın gələcək baş naziri" yazısı iləpaylaşılıb.

Vəziyyətdən Ermənistandakı siyasi parazitlərlə yanaşı, müxtəlifölkələrdəki ermənilər də mümkün qədər aktiv istifadə etməyəçalışırlar.

Rusiya Ermənilər İttifaqının (REİ) rəhbəri Ara AbramyanınMoskvada təşkil etdiyi, qondarma "erməni soyqırımı"nın "anımgünü"nə həsr olunmuş konfransda çıxış zamanı da qrotesk vardı.

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan səhnəyəçıxaraq uydurma "soyqırım"dan bir qədər danışandan sonra NikolPaşinyandan bəhs etməyə başlayıb.

"Paşinyanın xuntanını hakimiyyətdən kənarlaşdırmaq və istefayayollamaq yetərli deyil. Paşinyanla adamları həbs olunmalı,əməllərinə görə qanun qarşısında cavab verməlidirlər", -A.Karapetyan deyib.

REİ-nin vitse-prezidenti Lüsik Qukasyan səbrinıə hakim olmayaraqsabiq nazirin sözünü kəsib: "Anlamıram, Ermənistanın keçmiş müdafiənaziri burada nə edir?! Üstəlik, sayğı və diqqət tələb edir. O,indi Ermənistanda olmalıdır!"

A.Karapetyan küsərək tədbiri tərk edib.

Elə həmin gün A.Karapetyan Moskvadakı mənzilindən Ermənistanvətəndaşlarına videomüraciət edib.

"Ümumerməni Cəbhəsi"ni yaratdığını elan edən A.KarapetyanErmənistan vətəndaşlarını kütləvi etiraz aksiyalarına, nümayiş vəyürüşlərə çağırıb.

Onun çağırışında bir məqam diqqətçəkəndir: "Hakimiyyətdəyişikliyini dəstəkləyirik, lakin əvvəllə hakimiyyətdə olanları vəya kənardan təsir altında fəaliyyət göstərənləri hakimiyyətdəgörmək istəmirik".

Beləliklə, Ermənistanda hakimiyyət uğrunda mübarizəyəbaşladığını bəyan edən general A.Karapetyan ölkənin sabiqprezidentləri Robert Köçəryan və Serj Sarkisyanla heç bir haldatərəfdaş olmayacağını, hansısa koalisiya qurmayacağını bildirib.Təbii, A.Karapetyan İrəvanda hakimiyyət dəyişiklikliyinireallaşdıra biləcək nüfuza və imkana malik şəxs deyil. O, sadəcəRusiyadakı müəyyən qüvvələrin İrəvandakı vəziyyətə təsir üçün yenialət qismində istifadə etdiy şəxs olduğundan Köçəryan və yaSarkisyanla hansısa əməkdaşlığın mümkünlüyündən danışmaq, yumşaqdesək, çox tezdir.

Hazırda Ermənistanda Azərbaycanla şərti dövlət sərhədinindemarkasiyası və delimitasiyası ilə bağlı işlərin sürətləgetməsindən etiraz aksiyaları üçün səbəb qismində istifadə edənqüvvələrin məramı bəllidir: onlar Nikol Paşinyanı hakimiyyətdənkənarlaşdırmaq üçün əlverişli situasiyanın formalaşdığınıdüşünürlər.

Daxildəki «sabiq»lər və ölkə xaricindəki erməni diasporu,xüsusilə də Rusiyadakı erməni icma təşkilatlarının rəhbərləritərəfindən maliyyələşdirilərək idarə olunan kütlə etirazaksiyalarının ciddi nəticə verəcəyini düşünürlər. Sadəlövhlükdür,çünki Ermənistanda Paşinyanın mövqelərini istefaya vadaretməsəviyyəsinədək zəiflədəcək qüvvə, həmçinin zəruri şəraityoxdur.

Ermənistanda Robert Köçəryanla Serj Sarkisyanın hakimiyətəqayıdış xəyalları da illüziyadır - ermənilərin çoxu onlara sözünəsl mənasında, nifrət edirlər.

Amma bu, onların əsrlərdən bəri formalaşan və hələ də qüvvədəolan ideoloji paradiqmalarına, yaşamlarının mənəvi əsaslarınaqətiyyən təsir etmir.

Ermənistan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlifölkələrində yaşayan ermənilərin şüurlarındakı “Vətən”, “Torpaq”,“Yurd” məhfumları reallıqlara cavab verməyərək miflərə, əsatirlərə,uydurma tarixi illüziyalara əsaslanır.

Qonşu ölkənin müstəqillik qazanan ilk gündən bəri keçdiyi zamankəsiyində inkişafını əngəlləyən, irəliləyişinə mane olan əsas amildə ermənilərin uydurduqları narrativlərin, xəyallarındakı mifik“Böyük Ermənistan” idefiksinin qurbanı olmaları, ərazi iddiaları vəirqçiliyi normal prinsiplər saymalarıdır.

Halbuki ermənilərin intellektual potensialı az deyil və ermənicəmiyyəti normal inkişaf yolunu seçsəydi, Azərbaycanla Türkiyəyəqarşı marazmatik iddialardan əl çəkib tərəfdaşlıq, qonşuluq vəəməkdaşlıq yolunu tutsaydı, Cənubi Qafqazda sülhlə stabillik çoxdanbərqərar olmuşdu.

Ermənilərsə öz qüvvələrini, potensiallarını və imkanlarını boşxəyallaar sərf edərək böyük dövlətlərin çirkin geosiyasioyunlarında alət oldular, vədlərə aldanaraq yerinə yetirilməyən vəəsla reallaşdırılmayacaq “öhdəlik”lərin qurbanı oldular.

Erməni cəmiyyətinin ən böyük səhvi isə qondarma “ermənisoyqırımı” yalanını qüvvədə saxlaması, Türkiyə və Azərbaycanlayanaşı, bütün dünyaya məhz həmin yalanın müstəvisindənbaxmasıdır.

Ermənistanın indi üzləşdiyi tarixi, mənəvi, siyasi və geosiyasidalana aparan yanlış yol da məhz saxta narrativlər, mənasızillüziyalardır.

Rəsmi İrəvan saxtakarlıq və yanlışlar, uydurmalar və xəyallarüzərində qurulmuş prinsipləri tarixə, iddialarını - siyasətə, psixitravmalarını isə yaddaşa çevirdiyi üçün fasiləsiz şəkildə hami,dayaq, havadar arayır. Belə arayışlar mütləq şəkildə erməniləri«hami»lik iddiasında olanların oyuncağına və marionetinəçevirir.

Ermənilər asılılıqdan qurtulmaq, müstəqil dövlət olmaq, inkişafabaşlamaq və forpost statusu ilə vidalaşmaq istəyirlərsə, saxtanarrativlərdən əl çəkməlidir.

Ağrılı prosesdir, sürətlə bitən deyil.

Ancaq başqa yol və ya vasitə yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23380
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16304
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14572
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
13218
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9942
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7264
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5463
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5339
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4124
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1835
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1733
Azərbaycan nefti ucuzlaşdı
1714