AZ

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız "AFB Bank" zərər edib.

Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsus olan "AFB Bank" rüb ərzində 458 min manat zərər edib.

Bankın açıqladığı hesabatda həmçinin göstərilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin bankdakı depozitləri 26% və ya 19,1 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 19% və ya 18,1 milyon manat azalıb.

Məlumat üçün bildirək ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq"ə məxsus olub. Daha sonra Bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.

Onu da bildirək ki, mətbuatda "AFB Bank" ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14315
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11308
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9215
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3072
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2615
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2285
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2158
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1641
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
810
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
763
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
688
Arda Gülər dayanmır, yenə fərqləndi -
604