AZ

ABŞ və Aİ-dən region ölkələrinə təzyiq SİYASƏTİ: “Ermənistana niyə sanksiya tətbiq olunmur?”

“Bu il həm ABŞ-də seçki ilidir, həm də iyunun 7-9-da Avropa Parlamentinə seçkilər keçiriləcək. Təbii olaraq, Avropa Parlamentində təmsil olunan 7 fraksiya yenidən Avropa Parlamenti uğrunda mübarizə aparacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Avropa İttifaqının (Aİ) ölkəmizə qarşı olan qərəzli qətnaməsi ilə bağlı yayımladığı etiraza münasibət bildirib.

Müsahibimizin sözlərinə görə, Avropanın aparıcı ölkələri ilə yanaşı, ABŞ-nin özündə də erməni lobbisinin təsir imkanlarının kifayət qədər güclü olduğunu bilirik.

“Bu gün istər ABŞ, istərsə də Aİ tərəfindən davamlı şəkildə bu cür qətnamələrin qəbulu, faktiki olaraq, seçkiöncəsi erməni lobbisinin təsiri altında atılan addımlardır və daha çox onların səslərinin əldə olunması, mətbuat-televiziya imkanlarından bəhrələnmək üçün həyata keçirilir”, – deyə o əlavə edib.

R. Bayramova görə, bu gün ABŞ və Aİ-nin Cənubi Qafqazda konkret maraqları var onu təmin etmək üçün istər-istəməz hansısa formada region ölkələrinə təzyiq etməyə çalışır:

“Gürcüstanla bağlı məsələ aydındır, eləcə də davam şəkildə Ermənistana bu istiqamətdə təzyiqlər var. Lakin təzyiqlərə boyun əyməyən və öz xarici siyasət kursunu davam etdirən yeganə ölkə Azərbaycandır. Hər kəs də başa düşür ki, Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda kiminsə təsir imkanlarının artırılması mümkünsüzdür”, politoloq bildirib.

Siyasi təhlilçi əmindir ki, bu qətnamələr, əsasən, Azərbaycana təzyiq etmək mənasında qəbul olunan qətnamələrdir:

“Heç kim Azərbaycanda hər şeyin ən yaxşı səviyyədə olduğunu bildirmir, lakin məsələ burasındadır ki, Avropa Parlamenti tərəflərə eyni gözlə baxmalı və qərarların qəbulunda o balansı qorumalıdır. Əgər bu gün “Freedom House” Ermənistanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat dərc edirsə, eləcə də bunu keçən illə müqayisədə geriyə doğru addım hesab edirsə, yaxud müxalifətin nəzarətində olmayan ən müstəqil QHT-lər belə Ermənistandakı siyasi məhbusların və həbsdə olan jurnalistlərin sayının hazırda ən yüksək həddə çatdığı haqqında bəyanat verirsə, onda sən, Avropa Parlamenti, bununla bağlı bir cümlə niyə yazmadın? Niyə Ermənistana sanksiya tətbiq etmədin?”

“Zamanında Avropa Parlamenti tərəfindən Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, təbii sərvətlərinin talanması, sudan təzyiq vasitəsi kimi istifadə ilə bağlı qətnamələri Ermənistan icra etməyəndə bununla bağlı İrəvana sanksiya çağırışı etmədinsə və indi bunu Azərbaycana qarşı edirsənsə, deməli, bu, konkret olaraq təzyiq formasıdır və ikili standartlardan irəli gəlir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2116
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
763
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
618
Arda Gülər dayanmır, yenə fərqləndi -
590