AZ

Rediküllərin yeni “hədəfi”

Ölkəmizdəki sayları barmaqla sayılacaq qədər az olan redikül müxalifət düşərgəsinin təmsilçilərinin səsləndirdikləri fikirlər, sərgilədikləri əməllər bir qayda olaraq milli maraqlarımızla üst-üstə düşmür, cəmiyyətin sosial sifarişlərini iqnor edir. Nə vaxt ki, Azərbaycan daxili və xarici siyasətdə uğurlara imza atır, rediküllər sanki qəm dəryasına batırlar, bir-birlərinə qoşularaq respublikamızın beynəlxalq nüfuzuna, ölkədaxili sabitliyə, həmrəyliyimizə hansı yollarlasa xələl gətirməyə hesablanan absurd fikirlər səsləndirirlər və bununla da insanlara mənfi enerji yüklıməyə çalışırlar.

Nüfuzlu reytinq agentlikləri təqdim etdikləri hesabatlarında Azərbaycanın dünya ölkələrinin sıralamasında müxtəlif parametrlər üzrə mövqelərini yaxşılaşdırdığına xüsusi vurğu edirlər. Bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz müsbət təsirini göstərir. Son illərdə dünya ictimaiyyəti respublikamıza artan inamın və rəğbətin ifadəsi olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi hüququnu Azərbaycana verib. Belə ciddi qərarlar verilərkən, təbii ki, respublikamızın reallıqları, o cümlədən inkişaf dinamikası, sabitlik, şəffaflıq, multikultural mühit göstəriciləri əsas götürülür. Bu sırada biz “Eurovision -2012” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula - 1” yarışlarının təşkil olunması üçün ev sahibliyi hüququnun Azərbaycana verilməsini misal göstərə bilərik. Respublikamız isə öz növbəsində beynəlxalq birliyin etimadını böyük məsuliyyət kimi qəbul edir. Belə tədbirlərin keçirilməsində Azərbaycan özünün yüksək standartlarını müəyyənləşdirir. Təsadüfi deyildir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi ölkə olduğunu bildirir və Bakıda müəyyənləşdirilən standartları etalon kimi qəbul edirlər.

Belə tədbirlər bir qayda olaraq transmilli mediada geniş işıqlandırılır. Dünyanın nəzərlərinin ölkəmizə dikilməsi son dərəcə qürurvericidir və bunun yaratdığı sevinc hissini təsəvvür etmək çətin deyil. Ağla sığmayan yeganə məqam isə azərbaycanlı soyadını daşıyan AXCP sədri Əli Kərimlinin və onun başına yığdığı dəstənin təmsilçilərinin uğurlarımıza sevinməmələridir. Görəsən, ümummilli səviyyədə uğurlara imza atdığımız zaman əli kərimliləri, gültəkin hacıbəyliləri, cəmil həsənliləri, qənimət zahidləri və rediküllər yığnağında  təmsil olunan digərlərini qəm-qüssəyə batıran nədir?  Onların dünya miqyaslı tədbirlər ərəfəsində respublikamızda qarışıqlıq yaratmaq, sabitliyi pozmaq cəhdləri yaddaşlarda acı xatirələr kimi qalıb. Biz həm də onu yada salırıq ki, qeyd olunan hadisələr zamanı ermənilər və xaricdəki Azərbaycanafob dairələr də fəallaşmışdılar. Eyni qarayaxmaların, cəfəng iddiaların həm Avropadakı bəlli mərkəzlərdə, həm də redikül müxalifət düşərgəsində sixron şəkildə səslənməsi o qənaəti yaradırdı ki, bu hərəkətlənmələr vahid bir ssenari ilə idarə olunur. Sonradan aşkarlanan faktlar “Beşinci kolon” təmsilçilərinin maskasını cırdı. Bununla da bəlli oldu ki, rediküllər Avropa dairələrindən aldıqları anti-Azərbaycan tezislərini özlərinin əsas fəaliyyət istiqamətləri qismində qəbul edirlər. 

Hazırda isə istər ölkə daxilindəki rediküllər, istərsə də xaricdə məskunlaşmış antimilli ünsürlər  Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf seçiblər. Onlar ölkəmizə qarşı növbəti “qara piar” kampaniyasına start veriblər. COP29 BMT-nin çox mühüm tədbirlərindən biridir. Burada kəskin iqlim dəyişmələri fonunda yarana qlobal çağırışlar müzakirə olunacaq. Respublikamıza dünyanın dörd bir tərəfindən on minlərlə qonağın gəlməsi gözlənilir. Ölkəmiz belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququnu Şərqi Avropa qrupunnun namizədi qismində əldə edib. Qərar verilərkən ölkəmizin müsbət reallıqları, enerji transformasiyası istiqamətindəki fəaliyyətləri, 2050-ci ilədək olan dövr üçün müəyyənləşdirdiyi “sıfır emissiya” hədəfi və digər mühüm amillər əsas götürülüb. Hazırda respublikamızın müvafiq qurumları çox ciddi hazırlıqlar həyata keçirirlər. Belə bir məsuliyyətli dönəmdə rediküllərin məsuliyyətsizcəsinə “COP29-dan əvvəl siyasi mühitin ekologiyası təmizlənməlidir” kimi mücərrəd və heç bir məntiqi əsası olmayan iddialar səsləndirmələri ancaq düşmənlərimizin dəyirmanına su tökmək anlamında qəbul edilə bilər. O nəticə hasil olur ki, rediküllər bunu da özlərinə rəva görürlər...

MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18141
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12834
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10200
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4502
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4146
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3347
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3169
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2699
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2338
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2142
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1633
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1126
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1031
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1007
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
998
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
992
Mayın ilk gününün havası açıqlanıb
906
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797