AZ

Əvvəl “ÇARƏ”, indi XƏSTƏLİK - Siqaretin tərkibi DƏYİŞİB? – Mühüm AÇIQLAMA 

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən  biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. 

Yaşlı nəslin nümayəndələrindən tez-tez eşidirik ki, əvvəllər zob xəstəliyinin çarəsini siqaretdə tapırdılar. Bu gün isə siqaretin tərkibi dəyişib və tütün bütünlüklə insan orqanizminə ziyan verir. 

Maraqlıdır, zaman keçdikcə siqaretin tərkibi dəyişdirilibmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, siqaret bütün dünyanın zərərli kimi tanıdığı bir maldır:

“İstər əvvəlki dövrdə, istərsə də indiki zamanda siqaretin zob xəstəliyinin müalicəsi olması ilə bağlı elmdə məlumat yoxdur. Bütün dünyada buna qarşı mübarizə gedir. Təsadüfi deyil ki, BMT-nin “Tütün əleyhinə çərçivə” Konvensiyası var, Azərbaycan da buna qoşulub. Həmçinin Azərbaycanda “Tütün və tütün məmuatları haqqında” Qanun qəbul edilib, dəfələrlə dəyişiklik edilib və hamısı da istehlakçının xeyirinə olub. Siqaretlərin tək-tək satışı qadağan olunsa da, yenə də satılır. Təəssüf ki, ölkəmizdə bu istiqamətdə geriləmə var. Yəni de-yure qanunlar təkmilləşir, de-fakto vəziyyət isə geri gedir”. 

E.Hüseynov qeyd edib ki, siqareti ildən-ilə elə təkmilləşdirirlər ki, daha çox insanı özünə cəlb eləsin:

“Hələ bu azmış kimi, bazara elektron siqaret də daxil olub. Hansı ki, bunlar da insana çox zərərlidir. Bunlardan daha təhlükəsi isə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan tütün məhsulları və elektron siqaretlərdir. 2017-ci ildə beynəlxalq təşkilatın apardığı tədqiqata görə, qaçaqmal tütün məmulatlarından Azərbaycan 20 milyon dollar zərər çəkib. Təəssüf ki, bu gün də aidiyyəti dövlət qurumları qaçaqmalçılıqla effektli mübarizə aparmır”.

Həkim-terapevt Rasif Bağırov isə siqaretin zob xəstəliyinin çarəsi fikrinə münasibəti belə olub. O, deyib ki, el arasında danışılan sözlərə əhəmiyyət verrmək lazım deyil:

“Küçədən keçən istənilən adamdan soruşsaq, hər birində özü özünə yazdığı resept var. Hansı ki, həmin resepti həkim yazmayıb. Biz həkim olaraq belə xəstələrə çox rast gəlirik. Yəni nəsə bizim camaat belə şeyləri xoşlayır, hərəsinin beynindən bir fikir keçir. 
Siqaret həmişə xərçəng xəstəliyinə gedən yolda birinci yerdə dayanıb. Keçmiş zamanda yaşlı insanların çəkdiyi siqaretin heç filteri yox idi. Filtersiz siqareti ciyərlərinə çəkirdilər, yandırırdı və bu da onlara ləzzət edirdi. Lakin siqaret ömür boyu ziyanlı olub. Buna görə də, bu kimi fikirlərə məhəl qoymaq lazım deyil”.

Nuranə Daxilqızı, Bizim.Media   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12949
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10077
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8867
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2709
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2296
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2099
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1969
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1773
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1381
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1366
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
917
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
593
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
579
Arda Gülər dayanmır, yenə fərqləndi -
546
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
483
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
450
Arda dubl etdi - VİDEO
442