AZ

Əhmədin anasının yerinə o təyin edildi

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.

Sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel 2024-cü il tarixindən Məmmədov Fəzail Salman oğlu təyin olunub.

 

Fəzail Məmmədov 1996-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat fakultəsini bitirib. 1996-cı ildən riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ilədək Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində riyaziyyat müəllimi vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Təlimə Dəstək Mərkəzində baş metodist kimi fəaliyyət göstərib. “Məktəb direktorlarının hazırlığı kursu”nu bitirib.

O, 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildən Təhsildə Keyfiyyət Təminatı Agentliyində İnspektor vəzifəsini davam etdirməkdədir.

 

 

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
302
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11758
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8544
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7894
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2277
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1982
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1841
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1736
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1452
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1089
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
850
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
706
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
455
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Arda dubl etdi - VİDEO
361
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
360
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
358
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
348