AZ

Psixoloji müalicədə süni intellektdən istifadə edilib

İngilis alimləri çox diqqət çəkən bir sahədə süni intellektdən faydalanmaq üçün bir addım atıblar. Manset.az-ın məlumatına gör, İngiltərənin Esseks Universitetinin alimləri insanların uşaqlıq travmalarını aşkar etmək üçün süni intellektdən istifadə ediblər. Sözügedən araşdırma çərçivəsində süni intellekt, travmanın gənc beynin inkişafını dəyişdirdiyini, beyindəki problem həll etmə və empatiya sahələrinə təsir etdiyini təyin edib. Tədqiqatda yüzlərlə insanın beyninin skan edilməsi və əldə edilən məlumatların qiymətləndirilməsi üçün texnologiyadan istifadə edilib. Tədqiqatlar uşaqlıq travmalarının emosiyaları, empatiyanı və bədən anlayışını necə dəyişdirdiyini ortaya qoyur. Bununla belə, süni intellektin travma aşkarlama araşdırması uşaqlıqda travma keçirən insanların öyrənmə və qərar vermə proseslərində ciddi problemlərlə üzləşdiyini ortaya qoyur. Süni intellekt tərəfindən qiymətləndirilən məlumatlar göstərir ki, uşaqlıq travmaları neyron şəbəkələrdə “öz fokuslanma və problem həlli” ilə bağlı pisləşməyə səbəb olur. Araşdırma qrupuna rəhbərlik edən Dr. Meqan Klabunde dedi: “Biz beyində iki böyük klasterdə aydın dəyişikliklər olduğunu göstərdik. "Biz indi bilirik ki, problemin həlli və özünə fokuslanma təsirlənir, yəni kimsə emosiyalarla mübarizə apara, münasibətlər qura və hətta öz bədənini anlaya bilər." deyib. Jalə Manşet.az

 

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla